anda dayanan 8 qayıq ya
Almaniyanın Baden Württemberg əyalətinə bağlı Kressbrondada yerləşən limanda yanğın olub. “Seanews.az” xəbər verir ki, hadisə zamanı limanda dayanan 8 qayıq yanıb. Alman polisi bildirib ki, hadisə gecə yarışı baş verib. Bir qayıqdan başlayan alov qısa müddətdə digərlərini əhatə edib. Yanğının vurduğu zərərin yarım milyon avro olduğu bildirilir. Polis hadisənin təxribat olub-olmadığını araşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır