ç boğazında Türkiyə şirkətinə məxsus gəmi qəzaya uğra
Türkiyə şirkətinə məxsus və Taqo bayrağı altında üzən “Nila” yük gəmisi Kerç boğazının girişində qəzaya uğrayıb. Göyərtəsində daş kömür olan gəmi Türkiyənin “Azov” limanından çıxıb. Kerç boğazına yaxınlaşanda gəmi kapitanı göyərtəyə su dolması barədə məlumat verib. Gəmi heyətindən on nəfər Ukrayna və bir nəfər Azərbaycan vətəndaşıdır. Bütün heyət təxliyə olunub, gəmiyə su dolması tam dayandırılıb. Gəminin batma ehtimalı yoxdur. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır