veçdə yerə gömülmüş vikinq gəmisi aşkar ed
Norveçin Ostfold əyalətində arxeoloqlar xüsusi radarlar vasitəsi ilə vikinqlərin məzarlığını və yarım metr dərinlikdə gömülmüş, uzunluğu 20 metrdən çox olan bir gəmi aşkar ediblər. Tədqiqatçıların sözlərinə görə, gəminin aşağı hissəsi zədələnməyib. Alimlərin fikrincə, bu gəmi 1000 ildən çox bundan əvvəl torpaq altında qalıb. Məzarlıq kənd təsərrüfatı rayonunda tapılıb. Arxeoloqlar uzun müddət belə hesab edirdilər ki, yaxınlıqdakı ərazidə qazıntı işləri aparmağın mənası yoxdur, çünki yerli fermerlər XIX əsrin axırlarından bu əraziləri şumlayarkən tarixi tapıntıları məhv ediblər. Lakin bu ilin baharında yerli məmurlar Norveç Mədəni İrs İnstitutunun alimlərindən torpağa nüfuz edən güclü radar qurğusundan istifadə etməklə bu tarlaların müayinə olunmasını xahiş ediblər və nəticədə belə bir tapıntı olub. Hələlik alimlər aşkar edilmiş gəminin qazılıb çıxarılmasını planlaşdırmırlar.