rtına səbəbindən gəmi saya ot
Karasu Limanının girişində dibdərinləşdirmə işi görən gəmidən qum yükləyib açıq dənizlərə boşaldan “Rota Akgün” gəmisi saya oturub. Hadisəyə səbəb Qara dənizdə hökm sürən fırtınalı hava şəraiti olub. “Seanews.az” xəbər verir ki, gəmi qum yükləmək üçün dibdərinləşdirmə gəmisinə yaxınlaşarkən şiddətli fırtınanın təsiri ilə nəzarətdən çıxıb. Kapitan və heyətin səylərinə baxmayaraq “Rota Akgün” saya oturub. Aidiyyatı qurumlar xilasetmə işləri üçün fırtınanın sakitləşməsini gözləyirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır