un səviyyəsinin azalması səbəbindən bəzi gəmi səfərləri təxirə salı
Almaniyada Köln şəhərində yerləşən Reyn çayında su xeyli geri çəkilib. Hazırda burada suyun səviyyəsi 77 santimetr təşkil edir. “Seanews.az” xəbər verir ki, buna səbəb kimi uzun müddətdir ölkədə yağışın yağmaması göstərilir. Reyn çayında suyun azalması gəmilərin hərəkətinə problemlər yaradıb. Belə ki, bəzi yük və sərnişin gəmilərinin səfərləri təxirə salınıb. Qeyd edək ki, suyun səviyyəsinin çəkilməsi səbəbindən çaydan II Dünua müharibəsindən qalma 50 kiloqramlıq bomba aşkarlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır