rkiyə ilk dəfə öz gəmisi ilə dənizdə qazma işinə başla
Türkiyənin neft və təbii qaz axtaracaq yerli qazma gəmisi “Fateh” Aralıq dənizində ilk qazma işi üçün hərəkət edib. “Fateh” gəmisinin aparacağı ilk dəniz qazma işi üçün keçirilən mərasimdə Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz çıxış edib. Nazir bildirib ki, ilk dəfə öz gəmimizlə dənizdə qazma işinə başlayırıq. Daha əvvəl “Barbaros Xeyrəddin Paşa” gəmisilə seysmik araşdırmalar aparılıb və mütəxəssislər analizləri təqdim ediblər. Bunun nəticəsində “Alanya-1” quyusu ilə bağlı işlərə start verilir. Bu addım enerji tədarükündə təhlükəsizliyimizi artıracaq. Dönməz “Fateh” gəmisinin 6-cı nəsil yüksək səviyyəli texnologiyaya malik olduğunu və 6 metr hündürlükdəki dalğada belə sabit qalaraq fəaliyyətinii davam etdirə bildiyini deyib. O əlavə edib ki, bütün əməliyyatlar beynəlxalq standartlara uyğun həyata keçiriləcək, qazma fəaliyyətləri zamanı ətraf-mühitə, dəniz həyatına və canlılara heç bir zərər verməyən texnologiyadan istifadə olunacaq. Dönməz ilk qazma işinin 150 günə yaxın davam edəcəyini, hədəflərinin bu qazma gəmisilə ildə orta hesabla iki neft quyusu açmaq olduğunu qeyd edib.