eriya sahillərdində dəniz quldurları gəmiyə hücum
Dəniz quldurları Anqoladan Nigeriyanın “Onne” limanına getməkdə olan Liviya bayraqlı “Pomerania Sky” adlı gəmiyə hücum ediblər. “Seanews.az” xəbər verir ki, quldurlar 20 nəfərlik gəmi heyətinin 11 nəfərini qaçırıb. Onlardan 8-i polyak, 2-si filippinli, 1-i isə ukraynalıdır. Artıq dənizçilərin ailələri məsələ ilə bağlı xəbərdar olunublar. Nigeriya rəsmiləri bildiriblər ki, hazırda araşdırmalar gedir, heyətin geri qaytarılması üçün işlər aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır