tik dənizində balıqçı gəmisi ilə konteyner gəmisi toqqu
Polşaya məxsus “Mietus” balıqçı gəmisi 143 metrlik “Begonia S” konteyner gəmisi ilə toqquşaraq batıb. Hadisə şənbə günü Baltik dənizində baş verib. Bunu jurnalistlərə Polşa Dəniz Axtarış və Xilasetmə Xidmətinin rəsmi nümayəndəsi Rafal Qoyetsk deyib. Qəza zamanı gəminin göyərtəsində 19 nəfər olub. Məlumatına görə, həmin şəxslərin hər biri xilas edilib. Onların köməyinə Danimarka xilasediciləri gəlib. Əməliyyatda iki vertolyot və üç gəmi iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır