nin ikinci aviadaşıyıcısı suya buraxılmağa hazırla�
Çinin ilk yerli istehsalı olan aviadaşıyıcısı Dalyan limanını üçüncü sınaq yürüşləri üçün tərk edir. Bu barədə Çinin ehtiyyatda olan donanma zabiti Vanq Yunfeyi məlumat verib. Bildirilir ki, sınaqdan sonra gəminin silah sistemi, idarəetmə sistemi və kommunikasiya sistemi yoxlanılıb. Pekin “Shandong” adı verdiyi gəmi “Liaoning” gəmisinin modifikasiya olunmuş versiyasıdır. “Liaoning” gəmisi köhnə adı ilə “Varyag” adlanır. Bu gəmi 1980-ci ildə Sovet İttifaqı tərəfindən hazırlanıb. Sonradan Çin “Liaoning” gəmisini yeniləyib. Çin gəmini 2012-ci ildən J-15 qırıcıları və helikopter daşınması üçün istifadə edir. Aviadaşıyıcının 2019-cu ildə xidmətə hazır olacağı planlaşdırılır. Bununla da Çin dünyada ikinci ən böyük aviadaşıyıcıya sahib olacaq. Ordu.az