distanda yeni multimodal çay limanının açılışı
Hindistanın Varanasi şəhərində multimodal çay limanının açılışı olub. “Seanews.az” “morvesti.ru” saytına istinadən xəbər verir ki, limana 1500-2000 ton həcmli konteyner gəmiləri də daxil olmaqla, müxtəlif növ gəmilər yan ala biləcək. Bu, Dünya Bankının iştirakı ilə Qanq çayı sahilində inşa edilən dördüncü multimodal limandır. Layihənin məqsədi Hindistanın daxili su yollarını inkişaf etdirməkdir. Açılış günündə yeni liman Qərbi Benqal əyalətindən gələn ilk konteyner gəmisini qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır