veç freqatı ilə Yunanıstana məxsus tanker toqqu
Yunanıstana məxsus Aframax tankeri “Sola Ts” Norveçin “Hnoms Helge İnsgstad” freqatı ilə toqquşub. “Seanews.az” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şimal dənizində Bergenin şimalında baş verib. Norveç mediasının məlumatına görə, freqat ciddi zərərə məruz qalıb, tanker isə hadisədən ziyansız çıxıb. Hər iki gəmidə olan heyət üzvləri batma təhlükəsi ilə üzləşib. Xilasedicilərin köməkliyi ilə gəmidə olan 137 heyət evakuasiya olunub. Onlardan 7 nəfər yüngül yaralanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır