Wan Hai Lines” 20 yeni gəmi a
Tayvana məxsus “Wan Hali Lines” şirkəti “Japan Marine United Corporation” və “Guangzhou Wenchong Shipyard-China Shipbuilding Trading Company”-yə 20 ədəd gəmi sifarişi verib. “Seanews.az” xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb. Razılığa əsasən, “Japan Marine United Corporation”-dan 8 ədəd (3,036 TEU), “Guangzhou Wenchong Shipyard-China Shipbuilding Trading Company”-dən 12 ədəd (2,038 TEU) konteyner gəmisi alınacaq. Gəmilərin təhvilinə 2020-ci ilin sentyabrından başlanacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır