miçilik yeni müsabiqə keç
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC müxtəlif markalı sementlərin satınalınması məqsədilə açıq müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2018-ci il yanvarın 18-i saat 18.00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Ünvan: Bakı, Heydər Əliyev prospekti 152,”Çinar plaza” 24-cü mərtəbə. Əlaqə telefonu (012) 404-37-00 daxili:1132.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır