idman növləri ilə bağlı sərgi keçirilə
Dünyanın ən böyük su idman növləri sərgisi “Boot Düsseldorf” 19-27 yanvar 2019-cu il tarixində keçiriləcək. “Seanews.az” xəbər verir ki, sərgidə hər kəs balıq tutmaqdan kürək çəkməyə, yelkənçilikdən üzməyə, raftinqdən Sup serfinqə, dayvinqdən raftinqə qədər öz marağına uyğun əyləncə tapa biləcək. Sərgiyə 68 ölkədən 1900 iştirakçı qatılacaq. Zəngin proqramı ilə fərqlənəcək “Boot Düsseldorf” növbəti mövsümün bütün yeniliklərini sərgiləyəcək. Bundan başqa, burada 2019-cu ilin lüks yaxtaları, yelkənli və motorlu qayıqlarını kəşf edə, sualtı dünyanın gözəllikləri və sualtı fotoqrafçılıqla tanış ola biləcəksiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır