

Rolls-Royce” ağıllı gəminin istehsalı üçün “İntel” ilə iş birliyinə başla
Geniş spektr elektron avadanlıqlar istehsalı ilə məşğul olan “İntel” və daha çox avtomobilləri ilə tanınan “Rolls-Royce” kapitansız gəmi hazırlanması üçün bir araya gəlir. “Seanews.az” xəbər verir ki, bununla bağlı hər iki şirkət rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, ortaq iş birliyi nəticəsində 2025-ci ilədək ilk avtonom yük gəmisi istehsal olunacaq. Gəminin tikilməsi zamanı “Intel”in avtonom sürücülük texnologiyasından istifadə ediləcək. “Rolls-Royce” ağıllı gəmilərlə dəniz daşımalarını daha təhlükəsiz hala gətirmək niyyətindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır