mi emissiyalarına dronla nəzarət olun
Danimarka sularında üzən gəmilərin kükürd istifadəsinə dair tələblərə əməl edib-etmədiklərinə nəzarət üçün xüsusi dronlar hazırlanıb. “Seanews.az” xəbər verir ki, bu barədə Danimarka Dəniz Təşkilatından bildirilib. Analiz dronları yanacağın tərkibindəki kükürdün miqdarını qeydə alacaq. Bununla, Danimarkanın aidiyyatı orqanları gəmilərin emissiya tələblərinə uyğun olub-olmadığını aşkarlayacaq və müvafiq addım atacaq. Dronlar bir çox böyük tankerin keçdiyi “Great belt”-in şimalındakı bölgədə fəaliyyət göstərəcək. Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin hazırladığı kükürd təhlili dronları yaxın aylarda istifadəyə veriləcək. Artıq bu avadanlıqların ilk sınağı yerinə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır