a yeni rekorda nail olmaq istəyir
Amerikalı pilotlar avqustun 17-də suda yeni sürət rekorduna nail olmaq istəyirlər. Neydjel Xuk “Silverhook” katerində Florida sahillərindən Havanaya üzəcək. Səfər zamanı o katerlə maksimal sürəti yığıb su üzərində dünya rekordunu təzələmək niyyətindədir. Komanda səfərə dünyanın ən sürətli kateri ilə çıxacaq. Uzunluğu 14.6 metr və çəkisi 5 ton olan katerin sürəti saatda 270 kilometrdir. Qeyd edək ki, hazırda dünya rekordu Qar Vuda məxsusdur. 1932-ci ildə katerlə saatda 160 kilometr sürətlə hərəkət edən Qar Vudun 6 saatlıq səfəri Ginnesin Rekordlar kitabına daxil edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır