qol Ralli iştirakçıları gəmi ilə Bakıdan Türkmənistana gedib
Məşhur Monqol Rallinin (Mongol Rally) ilk iştirakçıları Bakı Limanından Türkmənistana yola düşüblər. Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən məlumat verilib. Bildirilib ki, iştirakçılar küləklər şəhərinə çatmazdan öncə İngiltərədən başlayaraq Belçika, Çex Respublikası, Macarıstan, Rumıniya, Türkiyə və Gürcüstandan keçiblər. Gəmi ilə Türkmənistana yollanan səyyahların gedəcəkləri son məkan Monqolustandır. Bunun üçün onlar ümumilikdə 15 000 km məsafəni qət etməlidirlər. Xatırladaq ki, Monqol Ralli (Mongol Rally) yarışları 2004-cü ildən keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır