�rbaycan və Rusiya hərbi dənizçiləri arasında mini-futbol görüşü təşkil ol
Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotiliyasının hərbi gəmilərinin heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi heyəti ilə mini-futbol üzrə yoldaşlıq görüşündə güclərini sınayıblar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Dənizkənarı Milli Parkdakı Su İdman Sarayının meydançasında keçirilən oyunda Azərbaycan dənizçiləri Rusiya komandasına 8:2 hesabı ilə qalib gəliblər. Sonda komandalara xatirə hədiyyələri və kubok təqdim olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır