doneziyanın “Wonder Woman” ləqəbli qadın dəniz işləri na
İndoneziyanın dənizçilik tarixində Susi Pudjiastuti kimi nazir olmayıb. O, bədəninin müxtəlif hissələrinə vurduğu döymələrlə sosial şəbəkənin fenomeninə çevrilib. İndoneziyada ən çox tənqid olunan nazirlərdəndir. “Seanews.az” xəbər verir ki, Susini daha çox mühafizəkarlar bəyənmir. Onlar bildirirlər ki, belə bir qadının hakimiyyətdə təmsil olunması təhqirdir. Susi bu yaxınlarda sosial şəbəkədə gəmidə əlində siqaret, qəhvə ilə birgə foto paylaşıb. Xanım nazir fotoya görə ciddi tənqidlərə məruz qalıb. O isə cavabında “başqa biri olmağa çalışsaydım, uğurlu olmazdım” deyib. Məclis rəhbəri Farid Hamza isə Susini ayaqlarındakı döymələri göstərən bir şəkil paylaşdığına görə küçə qadını adlandırıb. Ölkə başçısı Joko Widodoyadan Susini niyə vəzifəyə təyin etdiyi soruşulanda “cığır açmaq üçün bir dəliyə ehtiyac vardı” deyib. Bütün bunlarla yanaşı, ölkədə Susini sevənlər də az deyil. Tərəfdaşları ona “Wonder Woman” ləqəbi veriblər. Onu da deyək ki, Pudjiastuti Susi bu il BBC-nin 100 qadın siyahısına düşüb.