lərlə dolu d�
Dənizlə bağlı müasir araşdırmalar maraqlı məqamları üzə çıxarıb. “Seanews.az” tədqiqata əsasən xəbər verir ki, günəş şüası dənizin ancaq 400 metrliyinə nüfuz edə bilir, qalan hissələr nursuz qalır. Digər araşdırmaya görə isə dənizin alt qatlarında bir çox canlının yaşadığı məlum olub. Günəş şüasının olmadığı həmin yerlərdə canlıların mövcudluğu möcüzə hesab olunur. Dənizin alt təbəqəsinin ən gözəl heyvanlarından biri dəniz ulduzlarıdır. Bu heyvanları dənizin 900 metr dərinliyindən çıxardırlar. Bədənlərinin mərkəzində yaşıl rəngli nur parlayır. Dənizin alt təbəqəsində yaşayan canlılardan biri də üzərində kiçik lampalara bənzər işıq telləri olan balıq növləridir. Ümumiyyətlə, dənizin 1000 metr dərinliyində müxtəlif rənglərə boyanmış bir aləm var. Bu şəhəri müşahidə etmək hər kəsə müvəffəq olmur. Elm, dənizin ancaq bu təbəqəsinə qədər olanı tədqiq edə bilib. Bu tədqiqlər hələ kamil deyil. Ona görə də elmə məlum olmayan hələ çox sirlər dənizdə gizlənir.