zər dənizçilər
“Dəniz” qəzetinin baş redaktoru Rasif Tahirovun “Xəzər dənizçilərinə” şeirini təqdim edirik. Dar gəldi sahillər sizlərə bəlkə, Dənizə tutdunuz üzünüzü siz. Düşdükcə tufana, düşdükcə bərkə Dənizə qovuşdu dəniz eşqiniz. *** Dalğalar qoynunda hər səfəriniz Elə dəniz boyda fədakarlıqdır. Hər yoldan keçəni yaxın buraxmır, Üzünüz suların yanında ağdır. *** Üzün göy sularda, açın təzə iz, Əliniz ümiddən üzülməsin kaş. Özündən heç nədən çıxsa da dəniz, Əyir cəsurlara əvvəl-axır baş. *** Dalğalar hücuma keçər gəmiyə, Dalğalar dönərlər azman bir dağa. Sizi yolunuzdan saxlaya bilməz Nə tufan, nə boran, nə də qasırğa. *** Keçin sularından gündə birinin, Düşsün dənizlərin sizə havası. Bu Xəzər, bu Qara, bu da Ağ dəniz, Hələ neçəsi var… hələ harası. *** Dənizə çıxanda qəlbiniz coşdu, Saysız səfərlərdən yorulmadınız. Dənizin özünə necə də xoşdu, Dənizə beləcə vurulmağınız.