itanlar mükafatlandırıldı – V�
Kapitan Gi və Filips böyük dəniz fəlakətininin qarşısını aldıqlarına görə IMO-nun “Dənizdə Müstəsna Cəsarət Mükafatı”na layiq görülüblər. “Seanews.az” xəbər verir ki, 2016-cı ilin sentyabrında onların idarə etdiyi 247 metr uzunluğundakı gəmi Hyuston kanalında delfinə çarpılma nəticəsində alova qərq olub. Kapitan Gi və Filips yanğının kanalın digər tərəfinə keçməsinin qarşısını ala bilib. Onlar yanğınla təxminən 90 dəqiqə mübarizə aparıblar. Yüngül yanıq xəsarətləri alsalar da, alovu dəf etməyə müvəffəq olublar. Dənizçilər bu mükafata “Belnəlxalq Kapitanlar Birliyi” tərəfindən namizəd göstərilib. Medal və sertifikatı təqdim edən IMO baş katibi Ki Tak Lim onları qəhrəman adlandırıb. Xatırladaq ki, hər il təqdim olunan bu mükafat öz həyatını riskə atıb, müstəsna cəsarət nümayiş etdirən, dənizdə can qurtarmağa çalışan və ya zərərin qarşısını almağa cəhd göstərən dənizçilərə verilir. Bu il sözügedən mükafat üçün 16 üzv ölkədən 33 namizəd irəli sürülmüşdü.