Köpək balığı”- dünyanın ən böyük sualtı qayı
SSRİ-də 941 layihəli “ Köpək balığı” strateji sualtı qayıqların tikintisi bir növ ABŞ-ın “Oqayo” gəmisinin tikintisinə cavab idi. SSRİ-də sualtı qayıqların tikintisi ştatlardan çox sonra baş verib. Sovet konstruktorlarının qarşısında 100 min tonluq 24 ədəd nüvə başlıqlı raketi sualtı gəmidə yerləşdirmək kimi çətin tapşırıq qoyulmuşdu. Müxtəlif konsepsiyaların təhlilindən sonra qərara gəlinir ki, raketləri sualtı qayığın korpusunda yerləşdirmək gərəkdir. Nəticədə SSRİ-nin ilk sualtı gəmisi “Köpək balığı” rekord qısa müddətə – 5 ilə tikildi. 1980-ci ilin sentyabrında isə 9 mərtəbəli bina hündürlüyündə, uzunluğu isə iki futbol meydançası boyda olan sualtı qayıq ilk dəfə olaraq suya toxundu. Gəminin sınaq səfəri Ağ dənizdə keçirildi və heç bir nasazlıq aşkarlanmadı. Ümumi subasımı 50000 ton olan “Köpək balığı” bu günə kimi dünyada ən böyük sualtı qayıq hesab edilir. Layihənin özü isə Ginnesin rekordlar kitabına salınıb.