M-nin imkanlarına dair geniş təqdimat keçir
Daşkənddə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşımaların artırılması təklifi müzakirə olunub. “Qazaxıstan Dəmir Yolları” ASC və “Aktau Beynəlxalq Ticarət Limanı” ASC-nin təşkilatçılığı ilə Daşkənddə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı “Dəyirmi masa” təşkil olunub. Tədbirə müvafiq ölkələrin dəmir yollarının nümayəndələri, aparıcı nəqliyyat-logistika şirkətlərinin və biznes strukturlarının əməkdaşları, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Çinin Özbəkistanda olan diplomatik missiyaları qatılıblar. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının iştirakçıları TBNM-nin imkanlarına dair geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, Özbəkistan yüklərinin Xəzər dənizi limanları və Qazaxıstan üzərindən Qara dəniz hövzəsinə və Avropaya çatdırılması üçün bu marşrutdan alternativ kimi istifadə etmək mümkündür. Bu, yükdaşımaların ümumi həcminin artmasına və marşrutun coğrafiyasının genişlənməsinə mühüm töhfə verəcək. “Dəyirmi masa”nın iştirakçıları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarını və daşımaların inkişafı perspektivini yüksək qiymətləndiriblər. Bundan əlavə, onlar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Beynəlxalq Assosasiyasının üzv və təsisçilərinin təklif etdiyi nəqliyat və logistika xidmətlərinin birbaşa istifadəçisinə çevrilmək niyyətində olduqlarını bildiriblər.