M-nin təsisçilərinin iclası keçirilə
Sabah Qazaxıstanın paytaxtı Astanada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM) təsisçilərinin iclası keçiriləcək. “Seanews.az”-ın xəbərinə görə, tədbirə işçi qrupuna üzv ölkələrin dəniz və dəmir yolu nəqliyyatı qurumlarının, dəniz limanlarının rəhbərləri qatılacaqlar. Ölkəmizi iclasda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC , “Azərbaycan Dəmir Yolları” QSC və digər qurumlardan olan rəsmi şəxslər təmsil edəcəklər. İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, nəqliyyat əlaqələrinin səmərəsinin yüksəldilməsi, marşrutun inkişaf etdirilməsi, qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkili və s. əhəmiyyətli məsələlərlə bağlı müzakirələr aparılacaq. Müzakirələrin yekununda protokol imzalanacaq.