i konteyner limanı tik
Dəyəri 1 milyard dollar qiymətləndirilən layihənin əsas investoru Çinin “Landbridge” özəl liman korporasiyasıdır. Qeyd edək ki, əvvəllər şirkət Panamanın Margarita adasında yerləşən ən böyük limanlardan birini almışdır. Şirkətin əsas məqsədi bu müəssisələri müasirləşdirməkdir. “Panama Colon Container Port”-un təməlinin qoyulması mərasimi cari il iyunun 7-də baş tutub. Mərasimdə Panamanın Prezidenti Xuan Karlos Varela da iştirak edib. Bu liman Panamanın müasir tarixində həyata keçirilən ən böyük layihə olacaq. Limanın inşası 3 mərhələdə aparılacaq. İlk mərhələdə limanın konteyner qəbuletmə gücü 2,5 milyon TEU təşkil edəcək. Sonra isə, yükboşaltma terminalı inşa ediləcək. Limanın inşasının gələcək mərhələlərində loqistik park, kran avadanlıqlarının genişləndirilməsi və müasirləşdirilməsi işləri aparılacaq. Limanın konteyner qəbuletmə gücü isə 11 milyon TEU təşkil edəcək.