nsxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin biznesi üçün daha yaxın və cəlbedici
Çinin Çendu şəhərində “CİTLE” 17-ci Beynəlxalq Nəqliyyat Logistika Sərgisi və Beynəlxalq Qlobal Logistika forumu çərçivəsində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Çin biznesi üçün imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbir “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub. Dəyirmi masanın keçirilməsində əsas məqsəd Çin biznesi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialını açmaq, eyni zamanda “İpək Yolu” üzərində yerləşən bütün ölkələrlə dayanıqlı inkişaf və işgüzar münasibətlər qurmaqdır. Tədbir çərçivəsində “TBNM” Beynəlxalq Assosiasiyasının üzvləri dəyirmi masa iştirakçılarını – Çinin nəqliyyat-logistik sektorunun nümayəndələrini marşrutun hazırkı infrastruktur imkanları, o cümlədən Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşadan keçən yol haqqında ətraflı məlumatlandırıblar. Danışıqlar zamanı TBNM-in bütün üzvlərinin birgə işi nəticəsində əldə olunan nailiyyətlərə, marşrut üzərindən yüklərin maneəsiz daşınması üçün yaradılan şəraitə xüsusi diqqət ayrılıb. Tədbirin sonunda isə iştirakçıların sualları dəyimi masada iştirak edən TBNM, eləcə də dəmiryolları və gəmiçilik şirkətlərinin nümayəndələri tərəfindən cavablandırılıb. Eyni zamanda, həmin gün TBNM Beynəlxalq Assosiasiyasının nümayəndələri ilə Çinin logistika sahəsinin lideri hesab olunan CRCT (China Railway Container Transport Corp.) şirkətinin nümayəndələri arasında işgüzar görüş də baş tutub. Görüş çərçivəsində “GR Logistics & Terminals” və CRCT şirkəti arasında anlaşma memorandumu imzalanıb.