rkiyədə baş verən gəmi qəzasında itkin düşən dənizçilərdən daha ikisinin meyiti tapı
Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub. Bu barədə Dövlət Dəniz Agentliyindən bildirilib. Agentliyə məxsus Milli Mərkəz hadisə baş verən andan fasiləsiz olaraq, Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayır. Son məlumata əsasən həyata keçirilən axtarış–xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən daha 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb. Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən olunması prosesi həyata keçirilir. İctimaiyyətə ətraflı məlumat veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır