a şəraiti ilə bağlı yeni Bakı Limanında yükqaldırma əməliyyatları müvəqqəti dayandırı
Hava şəraiti ilə əlaqədar yeni Bakı Limanında yükqaldırma əməliyyatları müvəqqəti dayandırılıb. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə bağlı Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında hazırda saniyədə 22-25 metr, Bakı şəhərində yerləşən Əsas yük terminalında isə saniyədə 17 metr sürətlə şimal-şərq küləyi əsir. Günün ikinci yarısında küləyin sürətinin saniyədə 30-35 metr olacağı gözlənilir. Əmək təhlükəsizliyi qaydalarına əsasən, Ələt qəsəbəsindəki yeni Bakı Limanında və Bakıdakı Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti dayandırılıb. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır