O dörd açıq müsabiqə elan
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC daş hasarın üzərinə tikanlı məftilin quraşdırılması xidmətinin satınalınması, abraziv qumun satınalınmas, akkumlyatorların satınalınması və yuyucu vasitələrin satınalınması məqsədilə açıq müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il fevralın 1-i saat 18.00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Ünvan: Bakı, Heydər Əliyev prospekti 152,”Çinar plaza”, 24-cü mərtəbə. Əlaqə telefonu: (012) 404-37-00, daxili:1132.