

Dənizçi ailələri arasında “Ata, ana və mən” adlı idman-turizm yarışı keçiriləcək
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə “Ata, ana və mən” adlı idman-turizm yarışı keçiriləcək. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan yarış 15-16-17 iyun tarixlərində Xaçmazın Nabran istirahət zonasında baş tutacaq. Qalib komandalara diplom və qiymətli hədiyyələr veriləcək. İdman-turizm yarışının keçirilməsində əsas məqsəd sağlam həyat tərzini təbliğ etməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır