milər üçün dünyada ilk t
Yaxın günlərdə dünyada ilk gəmi tunelinin inşasına başlanılacaq. Tunel Norveçin Stad dağlarının altından keçəcək. 1.7 kilometr uzunluğu olan unikal konstruksiya vasitəsi ilə gəmilər rahatlıqla Şimal və Norveç dənizlərinin təhlükəli zonalarını görmədən keçə biləcəklər. Tunelin konsepsiyası artıq bir neçə ildir ki, Norveç hökumətinin gündəliyindədir. Bu ideyanın kökləri 1874-cü ilə gedib çıxır. O vaxt yerli qəzetlərin biri bu cür tunelin yaradılmasının vacibliyi haqqında böyük məqalə dərc etmişdir. Səbəb kimi isə həmin marşrutun təhlükəliliyi göstərilib. Məlumat üçün bildirək ki, İkinci Dünya müharibəsindən bəri Şimal dənizində 33 dənizçi həlak olub. Nəhayət, 2017-ci ilin martında Norveç hökuməti tunelin tikintisinə 2.7 milyard dollar vəsait ayırdı. Artıq tikinti işlərinə start verilib və konstruksiya 2029-cu ildə hazır olacaq. Tikinti işləri ərzində artıq 3 milyon kubmetr dağ suxuru çıxarılıb. Tunelin hündürlüyü 37, eni isə 26.5 metr olacaq. Həmçinin tunel Niorveçin turistik kataloquna daxil ediləcək.