ebook TV xidmətini istifadəyə verməyə hazırla�
Sosial media nəhəngi özünəməxsus TV-si ilə yayıma girməyə hazırlaşır. İçərisində orijinal videoların da olacağı xidmət ilə Facebook reklam tortundan pay almağı hədəfləyir. Facebook artıq tərəfdaşlarından orijinal videoların ilk hissələrini tələb etməyə başlayıb. 70 milyard dollarlıq TV reklam piroqundan pay almaq istəyən şirkət TV xüsusiyyətini istifadəçilərin səhifələrində videolardan ayrı bir bölmədə göstərəcək. Yeni TV bölməsi 2 milyard istifadəçiyə Facebookun hazırladıqları ilə yanaşı, istifadəçilərin yaratdığı videoları da təqdim edəcək. Şirkət Youtube-dan daha inkişaf etmiş videolar təqdim etməyi hədəfləyir, ancaq bu vidoların Netflix, HBO, Showtime kimi şirkətlərin hazırladıqları səviyyəsində olmayacağı güman edilir. Facebook TV xidməti üçün 2016-da CollegeHumor-un banisi Riki Van Ven, keşmiş MTV rəhbəri Mina Lefevre kimi adları işə götürüb. Şirkətin biznes ortaqlarından bəziləri Group Nine Media, BuzzFeed, ATTN, Vox Media-dır.