nizlərdə neft sızıntılarına qarşı yeni texnolo
ABŞ-da su altında hərəkət edə bilən dron hazırlanıb. “Seanews.az” xəbər verir ki, “Naviator” adlı dron dənizlərdə neft və təbii qaz boru xətlərindəki nasazlıqları və sızıntıları qısa zamanda müəyyən edə bilir. Cihazı ABŞ-ın “Rutgers” Universitetinin müəllim və araşdırmaçıları ərsəyə gətirib. Onun analoqunun olmadığı bildirilir. “Naviator” hava və suda sürətlə hərəkət etmə qabiliyyətinə malikdir. Layihənin maliyyə dəstəkçisi Amerika Dəniz Araşdırmaları Bürosudur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır