Ağıllı robot balıq” yaradı
Türkiyədə Firat Universitetinin tələbələri “Robot Balıq” hazırlayıblar. “Seanews.az” xəbər verir ki, robotdan kəşf, araşdırma, müşahidə və hərbi məqsədlə istifadə olunacaq. Balığın üzərində sensorlar yerləşdirilib. Həmin sensorlar vasitəsi ilə robot əsl balıq kimi maneələrdən qaça biləcək, həmçinin sürəti tənzimləyəcək, dərinliyi və mövqeyi müəyyən edəcək. “Ağıllı balıq” 360 min türk lirəsinə başa gəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır