Rolls-Royce” gəmilər üçün yeni enerji saxlama sistemini təqdim
“Rolls-Royce” gəmilər üçün yeni litium-ion əsaslı enerji saxlama sistemini təqdim edib. “Seanews.az” xəbər verir ki, şirkət yeni sistemi gəmi sahibləri üçün inkişaf etmiş “yaşıl sərmayə” adlandırb. “Rolls-Royce” enerji saxlama sisteminin hazırlanmasına 2010-cu ildən başlayıb. Əvvəllər isə enerji saxlama qurğuları xarici şirkətlər tərəfindən təchiz olunurdu. Yeni sistem bütün növ gəmilər üçün nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır