instagram hesabında dənizçiliklə bağlı maraqlı şəkillər ol
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi mətbuat orqanı “Dəniz” qəzetinin online versiyası “Seanews.az”-ın İnstagram hesabı fəaliyyətə başlayıb. Məqsəd dənizçi peşəsinin çətinliklərini, maraqlı tərəflərini və özəlliklərini daha geniş auditoriyaya çatdırmaqdan ibarətdir. Yeni hesab təkcə dənizçilər üçün yox, digər peşə sahiblərinin də zövqünü oxşayacaq. Çünki, burda mütəmadi dəniz və dənizçi peşəsi ilə bağlı maraqlı fotolar paylaşılacaq. Həmçinin, bu hesabda izləyicilərin çəkdiyi foto və videolar da yayımlanacaq. Bunun üçün [email protected] ünvanı ixtiyarınızdadır. Şəkilləri birbaşa instagram vasitəsi ilə göndərmək mümkündür. Sözügedən hesaba BURADAN və ya “seanews.az”-ın yuxarı küncündə yerləşən xüsusi işarəyə klik etməklə daxil ola bilərsiniz.