landiyada dünyanın ilk üzən ferması tikilə
Hollandiyada su üzərində üzən fermalar tikiləcək. Buna səbəb ölkədə əhalinin sürətlə artması və böyük şəhərlərdə otlaq sahələrinin azalmasıdır. Üzən fermanı “Beladon” şirkəti inşa edəcək. İlkin mərhələdə iki belə ferma tikiləcək. “Floating Farm” adı verilən fermaların birində 40 inək, digərində isə 6 min toyuq saxlanılacaq. Ət və süd məhsulları ferması ilk olaraq Hollandiyanın ikinci böyük şəhəri Roterdamda, növbəti mərhələdə isə Den Bosch şəhərində qurulacaq. Təxminən 2 milyon avroya başa gələcək layihənin təşəbbüskarı Van Wingerden hesab edir ki, bu fikir fantastik elmi icad deyil, lakin gələcəyə hesablanmış məntiqli addımdır. Ekspertlər də layihəni getdikcə azalan kənd təsərrüfatı sahələri səbəbindən əhəmiyyətli bir alternativ kimi qiymətləndirirlər.