keçirməz telefon dostları boğulmaqdan qurta
Adanada Seyhan Baraj gölündə dəniz velosipedi ilə gəzintiyə çıxan üç dostun həyatını ağıllı telefon xilas edib. Belə ki, gəzintidə olarkən gənclərin idarə etdiyi velosiped bir qədər sonra su ilə dolmağa başlayıb. Yavaş-yavaş batan dəniz velosipediylə gölün ortasında çıxılmaz vəziyyətdə qalan dostlardan biri – Aydın 155 xidmətinə zəng vurub. Hadisə yerinə gələn sualtı polisləri onları sahilə çıxarıblar. Daha sonra dostlar ifadə vermək üçün Polis İdarəsinə gətiriliblər. Aydın jurnalistlərə açıqlamasında telefonunun suya dözümlü olduğunu və bunun sayəsində polislə əlaqə saxlaya bildiyini deyib. Hazırda hər üçünün vəziyyətinin yaxşı olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır