iki məhdudiyyətli şəxslər də çimərlikdən istifadə edə bilə
Antalyada fiziki məhdudiyyətli şəxslər üçün xüsusi çimərlik fəaliyyətə başlayıb. “seanews.az” xəbər verir ki, “Əngəlsiz Çimərlik” adlı sosial layihənin təşəbbüskarı Böyükşəhər Bələdiyyəsidir. Açılış mərasimində iştirak edən vali Münir Karaoğlu bildirib ki, bu həm tətilə gələn, həm də şəhərdə yaşayan fiziki məhdudiyyətlilər üçün əhəmiyyətli addımdır. Belə xidmətlər onların həyatını daha da rahatlaşdıracaq. Ərazi gecə-gündüz kamera nəzarətinə alınıb. Burda gün ərzində təhlükəsizlik və təcili tibbi yardım xidməti də fəaliyyət göstərəcək. Gələcəkdə daha iki “Əngəlsiz Çimərlik” fəaliyyətə başlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır