DA-da Dəniz Akademiyasının professor-müəllim heyətinə seminar keçir
Azərbaycan Dövlət Dəniz Akademiyasının professor-müəllim heyəti 12-13 sentyabr tarixlərində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında “Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən dəyişikliklərin mənimsənilməsinə dair” keçirilən seminarda iştirak ediblər. Seminarın keçirilməsində məqsəd iştirakçıları Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən dəyişikliklərlə tanışlıq olub. Seminar zamanı Beynəlxalq Dəniz Təşkilatı tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiya, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alinması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiya, “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli Beynəlxalq Konvensiya üzrə qəbul edilən dəyişikliklər haqqında iştirakçılara məlumat verilib. Seminarda iştirak edən “Ruskiy Reqistr” Təsnifat Cəmiyyətinin nümayəndəsi Təhsil və tədris sahəsində İSO 9001 keyfiyyəti idarəetmə sisteminin mahiyyəti, əhatə dairəsi, İSO 9001:2009 və yeni İSO 9001:2015 keyfiyyəti idarəetmə sisteminin mübadiləsi haqqında iştirakçıları maraqlandıran suallara ətraflı şəkildə cavab verib. Sonda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.