Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

“Maersk” şirkəti üçün 25 yeni metanol konteyner gəmisi tikilir

Danimarkanın nəqliyyat və logistika qrupu “A.P. Moller-Maersk” tərəfindən sifariş edilən metanol yanacağı ilə işləyəcək on iki yeni konteyner gəmisindən birincisi keçən həftənin sonu Cənubi Koreyanın “Hyundai Heavy Industries” (“HHI”) tərsanəsində suya buraxılıb. Gəminin uzunluğu 350 metr, eni 53,5 metr, yükgötürmə qabiliyyəti 16,2 min TEU-dur.

“Seanews.az” xəbər verir ki, bu konteynerdaşıyanın metalkəsmə mərasimi 2022-ci ilin dekabrında baş tutmuşdu. Gəmilər ABS sinfinə uyğun tikiləcək. “Maersk” gəminin 2024-cü ilin əvvəlində təhvil veriləcəyinə ümid bəsləyir.

Xatırladaq ki, “Maersk” şirkəti “Hyundai Heavy Industries”, “Hyundai Mipo Dockyard” və Çinin “Yangzijiang Shipbuilding Group”-un gəmiqayırma zavodlarında ümumilikdə 25 yeni metanol konteyner gəmisinin tikintisini sifariş verib. 2021-ci ilin oktyabr ayında 17 min TEU tutumlu altı gəmi, 16 min TEU tutumlu on iki konteyner gəmisi və bir fider konteyner gəmisi sifariş edilib. Çinin “Yangzijiang Shipbuilding Group”-un tərsanəsində altı orta ölçülü konteyner gəmisi tikiləcək.

“MAN ES” tərəfindən istehsal edilən gəminin iki yanacaqlı mühərrikləri adi aşağı kükürdlü yanacaq və metanolla növbə ilə işləyə biləcək.

“Maersk” şirkəti xalis sıfır emissiyaya nail olmaq üçün donanmanı yeniləmə proqramı həyata keçirir. Danimarkalı gəmi sahibi 2027-ci ilə qədər belə ekoloji cəhətdən təmiz donanmanı istifadəyə verməyi planlaşdırır. Gəmiçilik şirkətinin məlumatına görə, gəmilər metanolla işləyərkən CO2 emissiyalarının azalması təxminən 3 milyon ton olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır