Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Qazaxıstan gəmiqayırma zavodunun tikintisi üçün investorlar barədə qərar qəbul edib

Xəzər dənizinin Qazaxıstan sektorunda gəmiqayırma zavodunun yaradılması layihəsi Türkiyənin “YDA” və “ASFAT” şirkətləri ilə birgə hazırlanır.

“korabel.ru” xəbər verir ki,  hazırda Qazaxıstan tərəfi gəmiqayırma zavodunun mövcud nəqliyyat qovşaqları və logistika ilə əlaqəsini nəzərə alaraq onun yerini müəyyənləşdirmək üzərində işləyir.

Tərəfdaşlıq ölkənin kiçik və iri gəmilərin istehsalı və təmirinə olan ehtiyaclarını ödəmək üçün lazımdır. “LS” nəşri qeyd edir ki, əməkdaşlıq həmçinin Xəzər dənizində mövcud istehsal müəssisələrinin modernləşdirilməsinə və müasir dəniz infrastrukturunun yaradılmasına yönəldiləcək.

Gəmiqayırma zavodunun tikintisinə başlanacaq tarix danışıqların nəticələri və müvafiq müqavilələrin bağlanması əsasında müəyyən ediləcək.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır