Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“Maersk” və “ONE” yeni konteyner gəmiləri sifariş etməyi planlaşdırırlar

“Maersk” Çin tərsanələrinə 3,5 min TEU tutumlu və metanolla işləyən 15-ə qədər konteyner gəmisi tikmək üçün sorğu göndərib.

Bu barədə ““Seanews.az” Alphaliner”-in məlumatlarına istinadən xəbər verir.

“Maersk” metanolla işləyən gəmilərin tikintisi üzrə sifarişlərə görə liderdir. İyun ayında daşıyıcı artıq 9 min TEU tutumlu bir sıra konteyner gəmilərinin tikintisi üçün müqavilə imzalayıb. 2027-ci ilə qədər “Maersk”-in donanmasına 25 metanolla işləyən gəmi qoşulacaq. “Alphaliner”-in qeyd etdiyi 15 konteyner gəmisi bura daxil deyil”, - nəşr yazır.

Yaponiyanın “ONE” gəmiçilik şirkəti də həm ənənəvi yanacaq, həm də metanolla işləyən 13 min TEU tutumlu 10-a qədər konteyner gəmisinin tikintisi üçün müraciət edib.

Ümumilikdə, metanolla işləyəcək konteyner gəmilərinin payı bu il sifariş edilən bütün konteyner gəmilərinin 52%-ni təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır