Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-09,
Seanews
Heyder Eliyev

Cənubi Koreyanın gəmiçilik şirkəti Sokço – Vladivostok marşrutu üzrə sərnişin bərə xəttini işə salmağı planlaşdırır

Cənubi Koreyanın “JS Shipping” gəmiçilik şirkəti noyabrda sınaq rejimində Sokço (Koreya Respublikası, Kanqvon əyaləti) – Vladivostok marşrutu üzrə sərnişin bərə xəttini işə salmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, hazırda Koreyanın Donho şəhərindən Vladivostoka “Eastern Dream” bərəsi ilə həftədə bir dəfə səfərlər həyata keçirilir.

Oktyabrın 26-da 700 sərnişin, 150 konteyner və 350 konteyner daşımaq gücündə olan bərə Sokçoya yan alıb. Paralel olaraq şirkət Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyindən lisenziyanın alınması prosesinə başlayıb.

Bu, Sokço limanı ilə Rusiyanın Zarubino limanı arasındakı marşrut deyil, Sokço limanı ilə Rusiyanın Vladivostok limanı arasında yeni marşrutdur və həftədə iki dəfə fəaliyyət göstərəcək.

Sokço sərnişin terminalı doqquz il əvvəl istismardan çıxarılıb və aprel ayında hərracda satılıb. Onun işləməsi üçün obyekti yoxlama avadanlığı ilə təchiz etmək lazımdır.

Qeyd edək ki, 2000-2010-cu illərdə və 2013-2014 Sokço-Zarubino marşrutu üzrə bərə xidməti Koreya gəmiçilik şirkəti tərəfindən həyata keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır