Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Hərbi Dəniz Qüvvələri üçün yeni gəmilər inşa ediləcək

Danimarka hökuməti qarşıdakı 20 il ərzində Hərbi Dəniz Qüvvələrinə 5.5 milyard dollar sərmayə qoyacaq.

Müdafiə naziri Morten Bodskov  deyib ki, yeni təhlükəsizlik ehtiyaclarını ödəmək üçün ölkənin Hərbi Dəniz Qüvvələri təkmilləşdirəcək.
 
“Avropada ciddi vəziyyətlə üzləşirik. Avropada müharibə gedir. Buna görə, donanmamızı təkmilləşdirmək üçün indi hərəkətə keçirik”, - deyə Bodskov vurğulayıb.

Nazir neçə gəminin tikiləcəyini açıqlamasa da, bir sıra gəmilərin köhnəldiyini və dəyişdirilməsinin vacibliyini qeyd edib.

Məlumata görə, bu Skandinaviya ölkəsi üçün freqatlar, patrul gəmiləri, xilasetmə gəmiləri inşa edilə və ya alına bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır