Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

Müqavilələrin ümumi məbləği 1,8 milyard dollardır

Çinin “Dalian Shipbuilding Industry” (“DSIC”, Çin Dövlət Gəmiqayırma Korporasiyası, “CSSC” dövlət gəmiqayırma qrupuna məxsusdur) gəmiqayırma zavodu “China Shipbuilding Trading Co.” (“CSTC”) ilə adi yanacaqla işləyən 6 VLCC ölçülü neft supertankerinin və mayeləşdirilmiş təbii qazla (LNG) işləyən 4 oxşar gəminin tikintisi üçün müqavilələr imzalayıb.

Çinin “iMarine” saytı xəbər verir ki, hər iki müqaviləyə daha iki gəminin tikintisi (təsdiq olunarsa) variantı daxildir. Beləliklə, tankerlərin ümumi sayı 14 ədəd olacaq. Gəmilərin istismara verilməsinə 2026-cı ilin sonunda başlanacaq.

Müqavilələrin ümumi dəyəri 12,939 milyard yuana (1,8 milyard dollar) yaxındır.

VLCC tankerlərinin tikintisi üçün ən son sifarişlərlə birlikdə “DSIC”-in sifariş kitabının ümumi dəyəri təxminən 15 milyard yuan (2,1 milyard dollar) təşkil edib. 2024-cü ilin yanvarında gəmiqayırma zavodu dedveyti 110 min ton olan altı tankerin tikintisinə dair müqavilə imzalayıb.

2023-cü ilin əvvəlindən “DSIC” dedveyti 110 min ton olan 22 tanker (həmin dövr üçün bazar payının 23%-ni təşkil edirdi) və dedveyti 300 min ton olan 17 iri tankerin (bazar payı - 51%) tikintisi üçün sifariş qəbul edib. Müqavilənin dəyəri 23 milyard yuandan (təxminən 320 milyon dollar) çoxdur. Bu günədək gəmiqayırma zavodu sifarişçilərə 117 VLCC tankeri təhvil verib və bu göstəricidə Çinin digər gəmiqayırma zavodları arasında birinci yerdədir.

Çinin “DSIC” şirkəti sfarişçilər haqqında əlavə məlumat vermir, lakin onların Avropanın ən böyük gəmi sahibləri - Yunanıstanın “Evangelos Marinakis” və Norveçin “Con Fredriksen” şirkətləri olduğu ehtimal edilir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır