Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“CMA CGM” gəmilərinin Qırmızı dənizdən keçidini bərpa edir

"CMA CGM” Qırmızı dənizin cənubundakı vəziyyəti qiymətləndirərək, dəyişən şəraitə uyğun tranziti bərpa etmək barədə qərar qəbul edib.

“Seanews.az” xəbər verir ki, qərar hər bir konkret gəmi üçün ayrı-ayrılıqda qəbul ediləcək.

"Hər bir gəminin hər keçidindən əvvəl bölgədəki vəziyyət diqqətlə qiymətləndirilir, ona görə də marşrut seçimini proqnozlaşdırmaq və bu barədə məlumat vermək mümkün deyil", -deyə “CMA CGM” qeyd edib.

Təhlükə halında, gəmilər Ümid burnuna yönləndiriləcək.

“CMA CGM” bu il fevralın 1-dən bütün gəmilərini Ümid burnu ətrafındakı marşruta yönləndirdi. Bundan əvvəl, gəmiləri Asiya-Avropa və Asiya-Aralıq dənizi xidmətlərində Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə üzməyə davam edən yeganə əsas konteyner xətti olaraq qaldı. Konteyner gəmiləri Fransa Hərbi Dəniz Qüvvələrinin gəmilərinin müşayiəti ilə bu bölgədən keçirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır