Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Turkon Line” alternativ marşrutlar açır

Amerika, Avropa, Aralıq dənizi və Qara dəniz limanlarına konteyner daşımalarını həyata keçirən Türkiyənin “Turkon Line” şirkəti Mersin, İskəndərun, Ciddə və Əqabə limanlarını birləşdirəcək həftəlik “TRS” xidmətinin başladığını açıqlayıb.

“Seanews.az” xəbər verir ki, xidmət Türkiyənin İordaniya və Səudiyyə Ərəbistanına ixrac və idxalını dəstəkləmək üçün istifadəyə verilib.

“Turkon Line” saytında dərc olunan cədvələ əsasən, xidmət Türkiyənin digər xətti – “Medkon” ilə birgə həyata keçiriləcək. Bu məqsədlə “Leyla Kalkavan” və “Medkon Perla” konteyner gəmilərindən istifadə olunacaq.

Qeyd edək ki, “Medkon”un Türkiyənin Ambarlı və İzmit limanlarını Novorossiysk ilə birləşdirən oxşar abbreviaturalı “TRS” xidməti var.

Yeni xidmət həftəlik olacaq. İlk səfərə 1131 TEU tutumlu “Leyla Kalkavan” gəmisi martın 3-də İsgəndərun limanından çıxıb və martın 11-də Ciddəyə, 14-də isə Əqabəyə çatacaq.

“Medkon” xəttində isə 1134 TEU tutumlu “Medkon Perla” konteyner gəmisi martın 10-da İsgəndərunu tərk etməlidir.

"Qırmızı dənizdəki son gəmiçilik böhranını nəzərə alaraq, biz alternativ marşrut axtarırdıq. Müştərilərimizin istəklərinə uyğun olaraq, biz Əkəbə və Ciddəyə səfərləri özündə birləşdirən marşrut hazırlamışıq", - deyib “Turkon Line”-nin baş direktoru O. Alkin Kalkavan.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır